Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbi (RİM) üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Maliyyə savadlılığına gedən yol” adlı seminar keçirilib.
Tədbirin açılışını UNEC THİK RİM sədri Günel Salahova edib. Daha sonra söz Turan Şabanova verilib.
Turan Şabanov BŞH-nın (Bakı Şəhər Halqası) İnsan resursları və işçi qüvvəsi şöbəsində işə qəbul üzrə mütəxəssis kimi maliyyə bacarığının nə qədər vacib olduğunu, bu iş üçün hansı bacarıqların lazım olduğu ilə bağlı biliklərini seminarda tələbələrlə bölüşüb. Həmçinin tədbirdə pulun idarə olunması və uğura gedən yolun müzakirəsi aparılıb.
Sonda tələbələrin sualları cavablandırılıb. İştirak edən tələbələr sertifikat ilə təltif olunublar.