Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən olan uğurlu Horadiz əməliyyatından 29  il keçməsi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin THİK-nin fəal tələbələri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri, Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 6 zabitdən biri Şair Ramaldanov ilə birlikdə ilk öncə  Ulu öndər Heydər Əliyevin məzarını, daha sonra II Fəxri Xiyabanda şəhidlərimizi məzarını ziyarət ediblər.

 Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub. Ordumuz həmin döyüşlərdə düşmənə öz gücünü göstərib. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo