Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2007-ci il məzunu Vidadi Nizami oğlu Zalovun iyul ayının 17-də doğum günü idi.
11 aprel 2023-cü il tarixində Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2007-ci il məzunu Vidadi Nizami oğlu Zalovun iyul ayının 17-də doğum günü idi. Yaşasaydı 38 yaşı olacaqdı. UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və tələbələr şəhidin ailə üzvləri ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsində Vidadi Zalovun məzarı ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər. Şəhidin anım günündə fakültə dekanı dosent Hafis Hacıyev və şəhidin atası Nizami Zalov onunla bağlı xatirələrini bölüşüblər.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo