Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı 20 yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş Rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqədə UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova, kafedra müdiri dosent Elfanə Qasımova, UNEC Dizayn Məktəbinin baş müəllimi Aidə Dadaşova iştirak etmişdir. Müsabiqə zamanı UNEC Dizayn məktəbinin 20 yanvar faciəsi ilə bağlı çəkdiyi rəsm əsərləri nümayiş olunub.
Rəsmlər içərisindən 3 rəsm seçilmişdir.
I yer - Minacəddinova Ruhəngiz
II yer – Eminbəyli Aişə
III yer – Cəbrayılova Leyla
Tədbirdə iştirak edən fəal tələbələr təşəkkürnamə, qaliblər diplomla təltif olunublar.