AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin bayram təbriki
Təbrikdə deyilir:

“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Növbəti ildə xəstəliklərdən, bəlalardan, fəlakətlərdən uzaq xoşbəxt həyat nəsibiniz olsun.

Əziz həmvətənlər, bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Əminik ki, bizi qarşıda daha böyük nailiyyətlər və işıqlı gələcək gözləyir.

Bir daha Həmrəylik Günü və Yeni il münasibətilə Sizləri ürəkdən təbrik edir, əmin-amanlıq, firavan həyat arzulayıram. Qoy həmişə dövlətimiz qüdrətli, bayrağımız uca, həmrəyliyimiz əbədi olsun.

Bayramınız mübarək“.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo