19 yanvar 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbi və  Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
19 yanvar 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbi və  Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbir başlamazdan əvvəl torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin açılışını Tələbə Həmkarlar İttifaqı Komitəsinin Rus İqtisad Məktəbi üzrə sədri Günel Salahova edib. Daha sonra Rus İqtisad Məktəbin direktoru, dos. Mənsur Bərxudarov və direktor müavini Anar Eyyubova söz verilmişdir. Onlar çıxışlarında qeyd etmişdirlər ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir və 33 il keçməsinə baxmayaraq törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Tədbir tələbələrin faciəyə həsr edilmiş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo